Əhməd Obalı: “Qarabağa casuslar yerləşdirmək istəyirlər”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da daxili və xarici mətbuat nümayəndələri ilə keçirdiyi görüşdə iranlı xanım jurnalist “Qarabağın azad edilməsində terrorçuların iştirakı” barədə sual verib. Qeyd edək ki, 44 günlük Vətən savaşının gedişində İran rəsmiləri bu məsələni qabardır, guya Azərbaycanın Qarabağda savaşmaq üçün Suriyadan terrorçu gətirdiyini iddia edirdi. Savaşdan sonra İran rəsmiləri Azərbaycanı qələbə münasibəti ilə təbrik etdi.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də Bakıya səfər etdi. İran Qarabağda quruculuq işlərində iştirak etmək istədiyini bildirdi. Türkiyə, İtaliya şirkətlərinə “yaşıl işıq” yandırıldı, amma İrana “hə” deyilmədi. Bu gün müxbirin dili ilə İran “terrorçu” söhbətini gündəmdə saxlayır. İran Qarabağda quruculuq işlərindən kənarda qaldığı üçün qəzəblidir?
ABŞ-da yaşayan güneyli soydaşımız, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) başqanının müavini, Güney Azərbaycan Televiziyasının (günaz.tv) sahibi Əhməd Obalı cebhe.info-ya açıqlamasında deyib ki, müxbirin həmin sualı verməsi İranın Azərbaycana qarşı düşmənçiliyinin davam etdiyini göstərir:
“Sualı verən “Mehr” xəbər agentliyinin müxbiridir. Bu agentlik İranın Ali Dini lideri Seyidəli Xamneyiyə bağlıdır. İran elitasında Azərbaycan Respublikasına düşmən mövqedən yanaşırlar. Səbəb də İranda yaşayan 35 milyon Azərbaycan türküdür. Onlar əslində Güneydən narahatdırlar. Çünki Azərbaycan Respublikası Güneyə örnəkdir. “Mehr” xəbər agentliyi Azərbaycana düşmən münasibət bəsləyən qüvvələrə tərəfindən yönləndirilən bir media orqanıdır. Azərbaycan onlara nə qədər dost da desə, yenə bizə düşmən mövqedədirlər. Mən bir məsələni müşahidə etdim. Xanım müxbir sualı verdi. Sual ingilis dilində səlist tərtib olunmuşdu.
Lakin Azərbaycan Prezidenti sualı cavablayanda, xanıma sual verəndə məlum oldu ki, müxbir ingilis dilini səlist bilmir. Yəqin ki, sualı yazıb ona vermişdilər. Adətən mərkəzdən sifariş edilir ki, bu sualı verin. Azərbaycan İrana nə qədər dost kimi yanaşsa da İran öz qərəzini yerə qoymur. 44 günlük savaş zamanı “Azərbaycana terrorçular gəlib”, “ermənilərə qarşı vuruşanlar terrorçulardır” kimi fikirləri müxtəlif dairələri yayırdı. Ermənistan, İran və Rusiyada bəzi erməni meylli qruplar idi. Rusiyada artıq bundan danışan yoxdur. Ermənilər də artıq bundan danışmır. Lakin İran bu məsələni gündəlikdə saxlayır və yenə qızışdırmağa çalışır. Çünki bu, onların siyasətidir. Bir yalanı dövrüyəyə buraxırlar, sonra cilalayırlar, təkrar-təkrar gündəmə çıxarırlar. İstəyirlər ki, bu yalan çeynənsin və “həqiqət”ə çevrilsin. Yadınızdadırsa, İranın Xarici İşlər naziri Cavad Zərif İrəvanda da bu məsələni qaldırdı”.
“Qarabağa casuslar yerləşdirmək istəyirlər”
İran Azərbaycana heç zaman dost kimi yanaşmağını vurğulayan Əhməd Obalı hesab edir ki, Qarabağda quruculuq işlərində iştirak məsələsi də məqsədlidir: “Onların Qarabağa böyük qayıdış layihəsində, tikinti-quruculuq işlərində iştirak etmək istəyi də məqsədlidir. Onlar inşaatçı adı ilə Qarabağa casuslar yerləşdirmək istəyirlər. Tikintini də elə aparacaqlar ki, sonradan problem yaransın, Azərbaycana ziyan dəysin”.
“İran özü terrora dəstək verən dövlətdir”
Əhməd Obalının fikrincə, bundan sonra İrana qarşı açıq oynamaq lazımdır: “Mən Azərbaycan Prezidentinə minnətdarlıq etmək istəyirəm ki, xarici jurnalistlərin qarşısında iranlı müxbirə diplomatik cavab verdi, yerində oturtdu ki, xanım gülünc vəziyyətdə qaldı. Lakin əsas məsələ onların arxasında olan qüvvələrdi. Madam Azərbaycana düşmənçilikdən əl çəkmirlər, bizi şantaj edirlər, gərək biz də deyək ki, İran bütün dünyada terrora dəstək verən dövlət kimi tanınıb.
Tehranda “əl-Qaidə”nin adamları ABŞ və İsrail tərəfindən öldürülüb. Onlar Tehranda nə iş görürdülər? Bu gün “əl-Qaidə”, “Taliban” kimi terror qruplaşmaları ilə danışıqlara gedən İran dövlətidir. Yeri gələndə İran dövlətinin adını çəkib yerində oturtmaq lazımdır. İran Azərbaycanı terrorçulara əməkdaşlıqda suçlandırırsa, biz də İranla bağlı faktları açıq deməliyik. İranın terror təşkilatları Azərbaycanda təxribatlar aparıb. Onların bir neçəsi həbs edilib. Azərbaycanın əlində 35 milyonluq azərbaycanlı var. İran bu faktora görə Azərbaycandan qorxmalıdır. İran Azərbaycana düşmən mövqeyndən əl çəkməlidir. Azərbaycanlılar istəsə İran dağıla bilər. İrana qarşı onalrın onların öz taktikası ilə durmaq lazımdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password