Arpine Ovannisyan: “Darıxmayın, bunların axırına az qalıb”

Ermənistanın keçmiş ədliyyə naziri, Serj Sərkisyana yaxın isimlərdən sayılan Arpine Ovannisyan Nikol Paşinyan hökumətini sayılı günlər qaldığını iddia edib.
Ermənistan mediasının yaydığı xəbərə görə, o, Facebook səhifəsində tərəfdarlarını dözümlü olmağa səsləyib.
Arpine Ovannisyan: “Darıxmayın, bunların axırına az qalıb”
“Hazırda əsəblər mübarizəsi gedir. Lənətə gəlmiş təslimçinin isə möhkəm əsəbləri yoxdur. Elə Onik Qasparyanın məlum bəyanatdan cəmi bir neçə saat sonra istefaya göndərilməsi də bunu göstərir. O, heç bir düşüncəyə varmadan, özünə xas isterik şəkildə ya gizləndiyi bunkerdən, ya da Sevandakı (Göyçə gölü-red.) bağ evindən hadisəyə bu cür reaksiya verdi. Elə ona görə də prezident Armen Sarkisyan qərarın anti-konstituson xarakterinə görə konstitusiya məhkəməsinə müraciət edib.
Artıq Milli Təhlükəsizlix Xidmətinin direktoru və baş prokurorun sayılı günləri qalıb… Sayılı günlər. “Məxməri inqilab” sözün əsl mənasında bitir. Dözün, lap az qalıb”,-deyə keçmiş ədliyyə naziri yazıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password