“Muzdlu qatillər” oxucuların görüşünə gəlib

 

Yazıçı-publisist Camal Zeynaloglu “Muzdlu qatillər” romanı ilə növbəti dəfə oxucuların görüşünə gəlib. Buna qədər müəllif oxuculara bir-birindən maraqlı “Uğursuz nikah” (1998), “Məni qınamayın” (1998), “Qanlı fevral gecəsi” (1999), “Ölümlə üz-üzə” (2000), “Tanrı cəzası” (2010), “Həqiqət işığında” (2012), “Nakam məhəbbət” (2012), “Baş nazirin oğurlanması” (2012), “Ölüm doğmalığı” (2013), “Talelər dünyası” (2013), “Gecikmiş məhəbbət” (2014), “Qarabağ dərdi – erməni vandalizmi” (2014), “Ağrılı düşüncələrim” (2015), “Qəfil döyülən qapı” (2015), “Xəyalındakı ağ yaylıqlar” (2015), “Baş tutmayan intihar” (2015), “Cəsur kəşfiyyatçı – igid partizan” (2016),”Snayper qız” (2016), “Ömrün qızıl payızı” (2018) kimi kitabları ilə tanışdır.

«Muzdlu qatillər» romanı təxminən 20-25 il əvvəl baş vermiş real hadisələrdən bəhs edir. Romanda öz kürəkəninə ölüm acısı yaşadan bir baronu (iddialı və imkanlı bir şəxsi) təsvir edib, şahidlər qorxu sığalı altında yalan ifadələr verir, pulun istisində xumarlanan müstəntiq də cinayətin üstünü açmaq marağında deyil. Bu baxımdan əsas yük mərhumun atasının üzərinə düşür. O, aylarını, illərini sərf edir, cinayət işinin tərkibini dəyişdirməyə müvəffəq olur və sonda gizli qalan mətləblərə hüquqi qiymət verilir.

Müəllif mümkün qədər çalışıb ki, real həyat eskizlərini daha koloritli versin, hadisələrin gerçək məcradakı obyektivini yanlış təhlillərdən uzaq tutsun, ən əsası, fantaziyadan qaçsın.

Kitaba “Muzdlu qatillər” romanından başqa “Dedi-qodu qurbanı”, “Son sözü tətik dedi”, “Altı saat davam edən əməliyyat”, “Gizli eşq”, “Qurban əti”, “Ləkələnmiş namus”, “Vicdanın əsiri”, “Yarımçıq qalmış arzu”, “Lənətlənmiş mənzil”, “Bir gecənin gəlini”, “Ailə sürücüsü”, “Tale quşu”, “Əlil sevgili” kimi maraqlı oçerk və hekayələri daxil edilmişdir ki, bu da günümüzün reallıqlarını özündə əks etdirən sosial həyat tərzindən, haqsızlığa və ədalətsizliyə qarşı vətəndaş mövqeyindən, milli-mənəvi dəyərlərdən, əxlaq və mənəviyyatdan, insanlığa sevgi və sayğıdan, uğursuz məhəbbətdən və günümüzdə hamının narahatçılığına səbəb ailə-məişət problemlərindən bəhs edilir.

Biz inanırıq ki, Camal Zeynaloğlunun bu kitabı da digər kitabları kimi geniş oxucu kütləsinin marağına səbəb olacaq. Bu yolda müəllifə yeni ədəbi yaradıcılıq uğurları arzulayırıq.

Kitabı əldə etmək istəyənlər müəlliflə, (050) 553 – 10 – 47 nomrəli telefonla əlaqə saxlaya bilərlər.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password