Yunanıstan Türkiyə sərhədindəki ərazini işğal etdi

 

1923-cü ildə imzalanan Lozanna və 1947-ci ildə bağlanan Paris müqaviləsinə görə, Aralıq və Egey dənizlərində silahsız olmalı olan daha bir adanı Yunanıstan zəbt edib.

Türkiyə mediası xəbər verir ki, yunanlar son olaraq Limoniya adasına ordu qüvvələrini yeridib və burada Bizans və Yunanıstan bayrağı qaldırılıb. Beləliklə Yunanıstanın beynəlxalq razılaşmaları pozaraq zəbt etdiyi adaların sayı 20-yə çatıb.

Qeyd edək ki, beynəlxalq sənədlərə görə Türkiyə sərhədində yerləşən 23 ada neytral olmalıdır və oraya hərbi qüvvə yerləşdirməklə bağlı heç bir dövlətin səlahiyyəti yoxdur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password