Korotçenko: “Paşinyanın böyük dostu indi haralardadır?”

 

Ermənistanda cərəyan edən son proseslər, ordu generallarının Ermənistan hakimiyyətinə qarşı çıxması, müxalifətin baş nazir Nikol paşinyanın istefasını tələb etməsi rusiyalı ekspertlərin, politoloqların da diqqətini cəlb etməkdədir. Onlar baş verənlərdə Ermənistan hakimiyyətinin başında duranların məsuliyyət daşıdığını qeyd edirlər.

Bunları Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Ermənistanda yaşananlara social şəbəkə üzərindən münasibətində bildirib. O, 44 günlük Vətən Müharibəsi dövründə Fransa prezidentinin sərgilədiyi qərəzli mövqeyi, Ermənistana dəstək vermək üçün atdığı addımları nəzərdə tutaraq, beləbir ironic sual ünvanlayıb:

“Ermənistanın baş naziri Nikol Paşinyanın böyük dostu, Fransa prezidenti Emmanuel Makron haralardadır? Nə üçün indi yardım əlini Nikol Paşinyana uzatmır?”.

 

Korotçenko: “Paşinyanın böyük dostu indi haralardadır?” -  Foto

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password