Qənirə Paşayeva dünya azərbaycanlılarına çağırış etdi

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımının 29-cu ildönümü münasibəti ilə keçirilən onlayn konfransına qatılıb.

Konfransda soyqırım həqiqətlərinin dünya ictimaitinə çatdırılması sahəsində Heydər Əliyev Fondunun, Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını minnətdarlıq vurğulayan millət vəkili ümumən Heydər Əliyev Fondunun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı soyqırımına həsr olunmuş tədbirlər haqqında fikirlərini bölüşüb.

Xocalı soyqırımı: erməni terrorizmi İslam həmrəyliyi fonunda

Q.Paşayeva Ermənistan siyasi-hərbi rəhbərliyinin, onların Dağlıq Qarabağdakı oyuncaq əlaltılarının 366-cı alayın dəstəyi və iştirakı ilə Xocalıda törətdiyi soyqırımı insanlıq əleyhinə akt və müharibə cinayəti olaraq şərh edib:

“Bizim, dünyadakı bütün vətənpərvər həmvətənlərimizin, türk ölkə və toplumlarının, Avropadakı, dünyadakı diaspor təmsilçilərinin, dostlarımızın əsas vəzifələrindən biri Xocalı soyqırımı, Ermənistanın Azərbaycana təcavüzünün acı nəticələri, o cümlədən tarixi-mədəni abidələrə qarşı vandallıqlar barədə beynəlxalq ictimaiyyəti davamlı məlumatlandırmaq olmalıdır. Biz Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password