Ən çox sığorta haqqı ödəyən şirkətlərin siyahısı açıqlanıb

 

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin 2021-ci ilin yanvar ayında mümkün olan yığım və ödənişləri açıqlanıb. 

Mərkəzi Bankın hesabatına əsasən, sığortaçı şirkətlərinin ödənişləri üzrə renkinqi hazırlanıb.

Siyahıya 24,8 milyon manat sığorta ödənişi ilə Paşa Həyat Sığorta liderlik edir.

Dövlət Sığorta Kommersiya Şirkətinin yanvar ayındakı ödənişlərinin ümumi məbləği isə 15,6 milyon manata yaxın olub.

Siyahıda 3-cü olan Paşa Sığorta şirkəti müştərilərinə 7,5 milyon manata yaxın ödəniş edib.

İlk dəfə olaraq “Naxçıvansığorta”nın ödənişləri də açıqlanıb. Şirkət yanvarda 24 min manat məbləğində ödəniş edib. Ödənişlər üzrə ən az göstərici “İpəl Yolu Sığorta” ASC-yə məxsusdur – 1000 manat.

 

Sığorta şirkəti Ödənişin məbləği
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24 800 000  
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 15 517 000 
“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti 7 482 000 
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 3 645 000 
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1 506 000 
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 862 000 
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 698 000
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti 575 000
“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti 326 000
“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti 298 000
“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti 289 000
“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti 271 000
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 226 000
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti 214 000
“Xalq Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 73 000
“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti 27 000
“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti 24 000
“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti 9 000
“İpək Yolu Sığorta” ASC 1 000

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password