Əsrin bombardirləri – Siyahı açıqlanıb
Əsrin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb.
Xarici KİV-lərin verdiyi məlumata görə, XXI əsrdə beynəlxalq oyunlarda ən çox qol vuranların cədvəlində 13 futbolçu yer alıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına 2001-20-ci illərdə milli komanda və qitə kuboklarında 100 və daha çox qol vuranlar daxil edilib. Cədvəlin ilk pilləsində Kriştiano Ronaldo yer alıb. Portuqaliyalı 246 qol vurub.
1. Kriştiano Ronaldo (Portuqaliya) – 246
2. Lionel Messi (Argentina) – 197
3. Robert Levandovski (Polşa) – 141
4. Neymar (Braziliya) – 121
5. Zlatan İbrahimoviç (İsveç) – 119
6. Bader Al-Mutava (Küveyt) – 119
7. Didye Droqba (Fil Dişi Sahili) – 115
8. Luis Suares (Uruqvay) – 115
9. Serxio Aquero (Argentina) – 104
10. Edin Dzeko (Bosniya və Herseqovina) – 104
11. Miroslav Kloze (Almaniya) – 101
12. Samuel Etoo (Kamerun) – 100
13. Edinson Kavani (Uruqvay) – 100