Türkiyəyə qarşı xain anlaşma: “Birgə hücum barədə razılaşdılar”
“PKK terror təşkilatı və İran tərəfindən dəstəklənən “Həşd əş-Şabi” qrupu Türkiyəyə qarşı anlaşıb”.
“Türkiyə” qəzeti yazır ki, bunu Şimali İraq Regional Muxtariyyətinin deputatı Azəd Kürəçi deyib.
Türk ordusunun Qaradakı əməliyyatlarından əvvəl Kətaib Hizbullah, Hərəkat ən-Nücəba, Əsaəb Əhllül Haqq kimi Həşd əş-Şabiyə bağlı qruplar Sincarda bir araya gəlib. PKK nümayəndələri görüşə sonradan daxil olub.
Azad Kürəçi tərəflərin görüşdə İraqda antiterror əməliyyatlarına başlayan Türkiyəyə qarşı anlaşma əldə etdiklərini iddia edib. O, Həşd əş-Şabi və PKK-nın Türkiyənin İraqdakı hərbi və mülki mövqelərinə qarşı birgə hücumla bağlı qərar verdiyini bildirib.
O, bir neçə gün əvvəl Ərbil hava limanına atılan raketlərin İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus olduğunu deyib: “Olayın məsuliyyətini Həşd əş-Şabinin bazasında qurulan Saraya Övliya əd-Dəm adlı təşkilat üzərinə götürüb. Hücumun PKK və Həşd əş-Şabi ilə birlikdə hazırlanması haqda ciddi məlumatlar var”.