“Putin Avropa layihəsini zəiflətməyə cəhd göstərir” – BAYDEN
Birləşmiş Ştatlar beynəlxalq səhnədə aktiv siyasətə qayıdıb və bundan sonra Avropanı Rusiya və Çinin təhdidləri ilə təkbətək qoymaq niyyətində deyil.
Bu barədə fevraln 19-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden Münhen təhlükəsizlik konfransının virtual sessiyasında bəyan edib.
«Mən, hamıya deyirəm: Amerika qayıdıb! Transatlantik ittifaqı qayıdıb və biz, geriyə nəzər salmayacağıq» – «RİA Novosti» Baydendən sitat gətirir.
Onun sözlərinə görə, ölkə NATO üzrə müttəfiqlərinin təhlükəsizliyini təmin etməyə sadiqir. Xüsusilə, o, alyasın nizamnaməsinin 5-i maddəsinə istinad edib. Həmin maddəyə görə, üzvlərdən birinə hücum edilməsi üzvlərin hamısına hücum edilməsinə bərabər sayılır.
ABŞ prezidenti həm də Rusiyanı Amerika demokratlarına hücumda və insanları Birləşmiş Ştatların dövlət sisteminin korrupsiyalaşmasına inandırmaq cəhdlərində günahlandırıb.
«Kreml bizim demokratiyamıza hücumlar edir və korrupsiyanı silaha çevirir ki, bizim dövlət sistemini laxlatsın. Rusiya rəhbərliyi insanları belə fikirləşməyə məcbur etmək istəyir ki, guya bizim sistemimiz daha çox korrupsiyalaşmışdır və ya elə onların sistemi qədər korrupsiyalaşıb. Ancaq dünya, o cümlədən, rusiyalılar bilir ki, bu, doğru deyil. Putin Avropa layihəsini zəiflətməyə cəhd göstərir» – ABŞ prezidenti bəyan edib.
Bayden əlavə edib ki, Moskva transatlantik birliyi zəiflətməyə can atır, çünki Kreml üçün ayrı-ayrı ölkələri təhdid etmək dəfələrlə asandır, nəinki vahid və güclü transatlantik ittifaqı ilə danışıqlar aparmaq.
Bu zaman Bayden NATO üzrə avropalı müttəfiqləri Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə davam etməyə çağırıb./azpolitika.info