“Aşıq Ələsgərin məzarının Göyçə mahalından Bakıya köçürülməsi məsələsinə də baxıla bilər…”

 

“Bu böyük qiymətə və qədirşunaslıq dəyərləndirməsinə görə Aşıq Birliyi və geniş saz-söz ictimaiyyəti adından cənab prezidentə təşəkkürümüzü bildiririk”

Bunu açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı deyib. Qurum sədri Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi münasibətilə görüləcək işlərdən danışıb:

“Bu günlərdə Azərbaycan Respublikasının prezidenti, möhrətəm İlham Əliyev cənabları Ozan Aşıq Məktəbinin nəhəng bir nümayəndəsinin, ustadlar-ustadı Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi barədə mübarək bir sərəncam imzalayıb. Bu böyük qiymətə və qədirşunaslıq dəyərləndirməsinə görə Aşıq Birliyi və geniş saz-söz ictimaiyyəti adından cənab prezidentə təşəkkürümüzü bildirirk. Bildiyiniz kimi Aşıq Ələsgərin 150 illiyi ilə bağlı ilk böyük sərəncam ulu öndər Heydər Əliyev tərəfindən 1972-cı ildə imzalanıb. O zaman Bakıda, Moskvada və aşığın doğma yurdu Göyçə mahalında 150 illik yubileyi keçirilib və xalq tərəfindən yüksək bir məhəbbətlə qarşılanıb.
Bundan sonrakı dönəmlərdə yenə də Aşıq Ələsgərin 175, 180, 190 illiyi yubileyləri Azərbaycanda keçirilib və onun ilk sərəncamları ulu öndərimiz tərəfindən, 190 illik yubileyi ilə bağlı sərəncam isə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən gerçəkləşdirilib. İndi isə 200 illik yubiley gəlir. Bu isə qarşıda çox böyük məsələlər qoyur. Yəqin ki, qarşımızdakı ildə genişmiqyaslı işlər gerçəkləşdiriləcək, burda düşünürəm ki, Aşıq Ələsgərin heykəlinin qoyulması, onunla bağlı kitabların hazırlanması, silsilə tədbirlərin, elmi sessiyaların keçirilməsi və onun yaradıcılığının işıqlandırılması həyata keçiriləcək. Düşünürəm və arzu edirəm ki, Aşıq Ələsgərin məzarının Göyçə mahalından Bakıya  köçürülüb Fəxri Xiyabanda dəfn edilməsi məsələsinə də baxıla bilər və o da gerçəkləşmiş olar. Qarşıda həqiqətən ulu bir ozanın 200 illik yubileyi təkcə Bakıda, Azərbaycanda deyil, Avropada, Türkiyədə və dünyanın müxtəlif yerlərində yüksək səviyyədə qeyd olunacaq. Bu da bizim üçün böyük saz-söz bayramı olacaq. Ona görə bir daha hamımız möhtərəm prezidentimizə təşəkkür edirik və bu yubileyə hamımız bütün varlığımızla hazırlaşmağa başlamışıq. Aşıqlar Birliyi bir çox silsilə işlər hazırlayıb. Məsələn, Aşıq Ələsgərin lirika kitabı nəşr olundu, ardınca onun dastan rəvayətləri gerçəkləşdiriləcək. Aşıqlar Birliyi və Elmlər Akademiyasının birgə nəşri kimi Aşıq Ələsgərə həsr olunmuş “Poeziya Antologiyası”, yəni onun haqqında yazılan şeir və məqalələr antologiya halında çapdan çıxacaq. Bir də uzun illərdir ki, Aşıq Ələsgərlə bağlı aparılan araşdırmalar Elmlər Akademiyası və Aşıqlar Birliyinin birgə nəşri kimi çapdan çıxacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb./moderator.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password