Qarabağa daşınan ermənilər iki dəfə “şişdi” – Saxtalaşdırma

 

Qarabağa qaytarılan ermənilərin sayında şişirtmələr baş alıb gedir.

Bütün kommunal xidmətlərin pulsuz olmasına, gündəlik ərzaq təminatını isə Rusiya sülhməramlılarının öz üzərinə götürməsinə (Rusiya Qarabağdakı ermənilərə həftədə adambaşına 5 kq ərzaq yardımı edir), eyni zamanda, onlar üçün evlərin tikintisi və qayıdan “qaçqınlara” Ermənistandakılardan daha artıq “sosial dəstək” göstərilməsinə rəğmən, Qarabağa qayıtmaq və öz həyatını cəhənnəmə çevirmək istəməyən ermənilərin sayı az deyil. Onlardan bəziləri isə gətirildikdən az sonra Xankəndini tərk edirlər.

Rusiya sülhmıramlıları 14 noyabrdan indiyə qədər 52.631 ermənini Qarabağa qaytarıldığını açıqlasa da, Ermənistan bu rəqəmi ən azı iki dəfə şişirdib. Bu gün mediaya açıqlamasında Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan deyib ki, Qarabağa 100 mindən çox erməni qaytarılıb.

“Qarabağda əvvəl yaşayan ermənilərin, demək olar ki, hamısı geri qaytarılıb”, – o deyib.

Elə bunun ardınca da Arakelyan öz-özünü təkzib edib. Bildirib ki, müharibəyə qədər Qarabağda 140 min erməninin yaşadığını nəzərə alsaq, hazırda təxminən 30 mindən bir az çox qaçqın qalıb Ermənistanda. Diqqət edin, ilk cümləsində “erməni qaçqınların təxminən hamısının” geri qayıtdığını bildirir, sonrakı cümlədə isə 30 mindən bir az çoxunun qaldığını iddia edir.

Digər tərəfdən, ermənilərin qayıdışının məsuliyyəti və təhlükəsizliyi Rusiya sülhməramlılarının üzərindədir. Rusiya MN isə rəsmi statistikanı hər gün təqdim edir və bu rəqəm dəqiqdir. Qaytarılanların sonradan Qarabağı tərk etməsini nəzərə aldıqda bu rəqəm daha az olmalıdır.

Rusiya MN-in statistikasını izləyəndə də bəlli olur ki, artıq bu rəqəm günlük 30-40 nəfərə düşüb. Halbuki ilk günlər 1500-2000 min civarında idi. Yəni nə qədər mümkündürsə, o qədər də – yəni 52.631 nəfər qaytarılıb və bundan sonra cüzi dəyişiklik ola bilər.

Rusiya MN-in yaydığı rəsmi açıqlamanı tam iki dəfə şişirtməkdə məqsəd Qarabağda erməni əhalisinin sayını artırma cəhdidir.

Qeyd edək ki, Azərbaycan rəsmi şəkildə Qarabağda göstərilən 139 min rəqəmini təkzib edib. Prezident İlham Əliyev də açıqlamasında Qarabağda cəmi 60 min civarında erməni yaşadığını bildirib.

Ermənistan sovet dönəmində də Qarabağda yaşayan ermənilərin sayını artırır və yaxud Ermənistanda faktiki yaşayan erməniləri Dağlıq Qarabağ Muxtar Vilayətində qeydiyyata saldırır, bununla da ermənilərin sayını şişirdirdi.

Eyni proses davam edir və Azərbaycan hüquq-mühafizə orqanları artıq prosesə mütləq nəzarət etməlidir./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password