Kotirovka sorğuları da elektron qaydada keçirilə bilər – Dövlət Xidməti
Azərbaycanda kotirovka sorğuları “Elektron satınalmalar” portalı vasitəsi keçirilə bilər.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş brifinq zamanı deyib.
O bildirib ki, bu cür təşəbbüs artıq mövcuddur və qəbul olunacağı təqdirdə kotirovka sorğuları “Elektron satınalmalar” portalı vasitəsi ilə keçirilə bilər. Bu, elektron satınalmaların sayının artmasına yol açacaq.
M.Abbasbəyli qeyd edib ki, 2020-ci ilin yekunlarına əsasən dövlət satınalmalarının həcmi 6,5 milyard manatı ötüb. Bunun 930 milyon manatı elektron satınalmaların payına düşüb.