“Paşinyan Azərbaycanla birlikdə…” – Zohrabyandan şok sözlər
“Ermənistan Baş naziri Nikol Paşinyan məqsədyönlü şəkildə ölkəni vətəndaş müharibəsinə aparır”.
Ermənistan mətbuatının yaydığına görə bunu “Çiçəklənən Ermənistan” partiyasından millət vəkili Naira Zohrabyan deyib.
O, Paşinyan və tərəfdarlarının müxalifətə qarşı son dərəcə aqressiv davrandıqlarını bildirib:
“Hər şey olduqca kədərli, acınacaqlı və sadəcə absurd görünür. Nikol Paşinyan həqiqi gündəmi saxta proqramlalar qarışdırmağa davam edir. Əsas aləti həmişə populizm olan Nikol Paşinyan artıq müharibədə ağır məğlubiyyətə uğrayan bir ölkənin baş naziri olduğunu anlamamağa çalışır. Bu ölkədə müharibə əsirlərinin qaytarılması, qaçqın və məcburi köçkün kimi problemlər var. Amma bu adam əsl Ermənistanı özünün virtual ölkəsi ilə qarışdırır”.
Zohrabyan Paşinyan və tərəfdarlarını “Türkiyə və Azərbaycan tərəfdarları” adlandırıb.
O, Paşinyan və tərəfdarlarının Azərbaycanla birlikdə Ermənistanı diz çökdürdüklərini bildirib.