Çavuşoğluyla Blinken arasında KRİTİK MÜZAKİRƏ
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, nazir Mövlud Çavuşoğlu ABŞ-lı həmkarını yeni təyinat münasibəti ilə təbrik edib.
ABŞ-ın yeni rəhbərliyi ilə qarşılıqlı hörmətə söykənən açıq və səmimi dialoq tərəfdarı olmaqda razılıq ifadə olunub.
Telefon danışığında ikitərəfli münasibətlərin bütün istiqamətləri, FETÖ, PKK/PYD terror təşkilatları ilə mübarizə, bəzi regional məsələlər, S-400 mövzusu, Suriya və Şərqi Aralıq dənizindəki vəziyyətlər müzakirə edilib.
Telefon danışığında nazir Mövlud Çavuşoğlu ABŞ tərəfinin son açıqlamalarının Türkiyədə yaratdığı rahatsızlığı dilə gətirib.
Dövlət rəsmləri gələcək günlərdə gündəlikdə olan bütün məsələlərlə bağlı geniş şəkildə müzakirə aparmaq barədə razılığa gəliblər.
Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfiri David Satterfield bu gün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. İraqın şimalındakı PKK düşərgəsindəki mağarada 13 Türkiyə vətəndaşının cəsədlərinin aşkar edilməsi ilə bağlı ABŞ dövlət departamentinin məlum açıqlamasına ən kəskin şəkildə qınaq səfirin diqqətinə çatdırılıb.