Gorus-Qafan yolunda erməni təxribatı – “Ermənilər bu təxribatların davamlı olacağını düşünməsinlər”

 

44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan Qarabağda öz gücünü göstərməyi bacarmadı. Məğlub tərəf olmağı qəbul etməyən Ermənistan ordusu müxtəlif təxribatlara əl atır.

Bu günlərdə təcavüzkar tərəf olan ermənilər Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsində “Azərbaycan Respublikasına xoş gəlmisiniz” plakatını atəşə tutur.

Hərbi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı açıqlamasında bildirib ki, bu, hərb tarixinə rast gəlinməyən hadisədir:

“Bu savaşda Ermənistan tərəfi döyüş əməliyyatlarında Azərbaycan Ordusu qarşısında məhdud imkanlarını belə nümayiş etdirə bilmədi. Hazırda Azərbaycanın qələbəsi ilə barışa bilməyən erməni hərbiçilər ordumuza qarşı təxribatlara əl atır, o cümlədən “Azərbaycan Respublikasına xoş gəlmisiniz” plakatını atəşə tutmaqla öz imkanlarının nə qədər məhdud olduğunu göstərirlər.

Adətən müharibədə əsgər-əsgərlə, texnika-texnikaya qarşı mübarizə aparır. Lakin bu günə qədər hansısa ordunun plakatla savaşdığının şahidi olmamışdım. Hərbi qulluqçular tərəfindən qonşu ölkənin ərazisində olan plakatı atəşə tutmaq hərb tarixində rast gəlinməyən hadisədir”.

Ə.Verdiyevin sözlərinə görə, ermənilər etdikləri təxribatların davamlı olacağını düşünməsinlər, əks halda, Azərbaycan ordusu öz imkanlarını düşmən tərəfə təkrar nümayiş etdirəcək.

“Ermənilər bu təxribatların davamlı olacağını düşünməsinlər. Bunun qarşını almaq üçün artıq həmin ərazidə Azərbaycanın kifayət qədər güc və vasitəsi var. Onların cavabını vermək isə bizim ordu üçün heç bir problem təşkil etmir.

Lakin biz bu məsələlərə bir az təmkinlə yanaşıb, rəqib ölkənin özünü mövcud vəziyyətə uyğun aparmasını, yəni döyüş əməliyyatlarında məğlub ölkə kimi hiss edib və bununla barışmasını gözləyirik. Bu təxribatların davam edəcəyi halda düşünürəm ki, Azərbaycan ordusu öz imkanlarını düşmənə təkrar nümayiş etdirməyə məcbur olacaqdır”./modern.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password