Rusiyada qaçılmaz hakimiyyət dəyişikliyinə hazırlıq gedir
“Yaşlı Putin, görünür, puç olduğunu bilir və Rusiyaya gətirdiyi sabitliyin daha uzun müddət davam etməsinin təminatı üçün tədbir görür. Qərbdə Putini məqsədi yalnız hakimiyyəti qorumaqla özünü və müttəfiqlərini varlandırmaq olan amansız avtokrat kimi qəbul edirlər”,- “Foreign Policy” jurnalının Rusiya haqda yazısında bu fikirlərə rast gəlmək mümkündür.
Ceff Houn və Sim Tekin müştərək yazısında Putinin hakimiyyətini qorumaq üçün hansı addımlar atmasından bəhs olunur. Elmlər doktoru Ceff Houn və analitik Sim Tek Rusiya dövlət başçısının siyasətinin incəliklərini açmağa çalışıblar.
“O, hakimiyyətini möhkəmləndirmək və bu müddət ərzində çox böyük sərvət toplamaq üçün hədə-qorxu, təhdid və təcavüz daxil olmaqla əlindəki bütün alətlərdən istifadə edib. Dövlət səviyyəsində bu vasitələr məqsədə çatmaq sayılır. Putin gələnə qədər 1990-cı illərdə Rusiya quldur dövləti sayılırdı. Rəqabət aparan oliqarxlar bizneslə quldurluq fəaliyyətinin sərhədlərini qarışdıraraq dövləti gülünc vəziyyətə qoyur, öz siyasi nüfuzlarından yararlanaraq iqtisadiyyatı talan edirdilər. Putin dövlət vəsaitlərinin mənimsənilməsinə son qoymadı, ancaq oliqarxların hədəfləri və qanunun özü də daxil olmaqla dövlətin hər şeydən üstün olduğunu elan etdi. Putinin Rusiyasında qanunsuz pul dövriyyəsi çoxdur, buna baxmayaraq, ərazi yuxarının nəzarətindədir, oliqarxlar arasındakı daxili mübarizə daha çox ictimaiyyətin diqqətindən kənarda saxlanılır”.
Müəlliflər yazır ki, Putin, əslində, Rusiyanın xarici və daxili siyasətinin formalaşdırılması üçün müstəsna məsuliyyət daşımır. Houn və Tek dövlət başçısının böyük biznes adamları və maqnatların yer aldığı qrupa rəhbərlik etdiyini bildirir. Yəni hakimiyyətdə təkcə Putin yox, bütün maraqlı tərəflər qalmaq istəyir.
“Bununla da Risiya hakimiyyəti gələcək liderlərin də poza bilməyəcəyi uzunmüddətli siyasi sabitlik yaratmağa çalışır. Konstitusiya dəyişiklikləri də buna xidmət edir”.
“Foreign Policy” jurnalının materialında Putinin komandasının, o cümlədən tərəfdarlarının onun qaçılmaz gedişinə hazırlaşdığı yazılır. Amma əsas məsələ bu gedişin necə baş tutmasıdır. Onlar hesab edir ki, pensiyaya çıxmaq və ya ölüm siyasi elitada parçalanmaya səbəb ola bilər. Bunun üçün də müxtəlif manevrlər diqqət çəkir, yumşaq keçid variantları müzakirə olunur. Yəni öz yerini kiməsə verib idarəetmədən uzaqlaşmaq nəzərdə tutulur. Yazıda Qərbin də Rusiyadakı mümkün dəyişikliklərə hazır olmasının vacibliyi ayrıca fərqləndirilib./bizimyol.info