İqor Korotçenko: “Ermənistan çox istəyib, azdan da məhrum oldu”
“Ermənistan noyabrın 10-da imzalanan bütün razılaşmaları tam şəkildə həyata keçirməlidir”.
Bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O vurğulayıb ki, Ermənistanda siyasi böhran davam edir, lakin Ermənistan xalqı ölkəni səmərəsiz şəkildə idarə etmiş şəxslərin geri qayıtmasını da istəməyəcək.
“İndi bu ölkədəki vəziyyət Puşkinin məşhur nağılını xatırladır: Ermənistan çoxu istəyib, azdan da məhrum oldu”, – İ.Korotçenko söyləyib.
Onun sözlərinə görə, Azərbaycanla güc dilində danışmaq mümkün deyil.
“Azərbaycan çox effektiv və dinamik şəkildə inkişaf edir. Bu, bütün millətlərin bərabər olduqları, özlərini eyni dərəcədə yaxşı hiss etdikləri, bütün mədəniyyətlərin və dinlərin qorunduqlarını hiss etdikləri dünyəvi dövlətdir”, – o vurğulayıb.