Mədəniyyət Nazirliyi bu il üçün əsas hədəflərini açıqlayıb
Mədəniyyət Nazirliyi xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək, habelə bu sahədə dövlət siyasətini səmərəli şəkildə həyata keçirmək məqsədilə 2021-ci il üçün əsas hədəflərini elan edib.
Nazirlikdən bildirilib ki, həmin hədəflər aşağıdakılardır:
– Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması
– Mədəniyyət və yaradıcılığın inkişafı və məzmununun zənginləşdirilməsi
– Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı
– Mədəni irsin qorunması, bərpası və inkişafı
– Mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası
– “Nizami Gəncəvi ili” ilə bağlı yerli və beynəlxalq səviyyədə tədbir və layihələrin həyata keçirilməsi
– Azərbaycan mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi
– Azərbaycan mədəniyyətinin ölkə daxilində təbliği məqsədilə layihə və tədbirlərin həyata keçirilməsi
– COVID-19 pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi