Rusiya prezidenti insanlar arasında az görünməyə başlayıb

 

2021-ci il Vladimir Putin üçün yaxşı başlamayıb. Əsas rəqibi Aleksey Navalnının Almaniyadan ölkəyə qayıtması Rusiya prezidentinə başağrısı yaradıb. Düzdür, müxalifətçi vətənə çatan kimi üstünü toz basmış ittihamla saxlanılıb. Amma onun Putin haqda yaydığı video ölkəni qarışdırıb.

Putin insanlar arasında dəfələrlə az görünməyə başlayıb. Bunu təkcə son hadisələrə bağlamırlar. Putin ilin əvvəlindən cəmiyyət içində az gözə dəyir. Ümumiyyətlə, keçən ilin yanvarı ilə müqayisədə böyük fərq nəzərə çarpır.

Kremlin rəsmi saytının xronologiyası göstərir ki, Putin yanvar ərzində insanlarla cəmi 4 dəfə görüşüb. Məsələn, 2020-ci ilin ilk ayında dövlət başçısını 18 tədbirdə görmüşdülər.

Putin bu il ilk dəfə yanvarın 7-də ictimaiyyətlə ünsiyyətdə olub. Rusiya prezidenti həmin gün Veliki Novqorodda kilsəyə gedərək camaatla söhbət etmişdi. Bundan sonra Putin bizim üçün də çox vacib sayılacaq görüşdə üzə çıxmışdı. Ölkə rəhbəri Azərbaycan və Ermənistan hökumət başçılarının da olduğu üçtərəfli görüşdə iştirak etmişdi. Yanvarın 26-da Putin Moskvada yeni nəqliyyat qovşağının açılışında görünmüşdü. Bundan bir gün sonra isə prezident Qələbə muzeyini ziyarət etmişdi.

Qrafik Putinin keçən ilə necə fəal başladığını göstərir. Təsəvvür edin, Rusiya prezidenti 2020-ci ilin yanvarında həm türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla, həm də Almaniyanın keçmiş kansleri Angela Merkellə görüşməyə imkan tapıb. Onda Putinin xüsusilə hərbi istiqamətdə görüşləri çox olmuşdu.

Kremldə Putinin insanlar arasında az görünməsini koronavirusla əlaqələndirirlər. Yəni dövlət başçısı bir növ özünü virusdan qoruyur. Buna görə də Putinin əksər görüşləri videobağlantı ilə keçirdiyi bildirilir. Alternativ media isə başqa mətləblərdən danışır. Yazılanlara görə, Putin xalq arasında görünməyə ehtiyat etməyə başlayıb. Onun harada olduğu bilinməsin deyə, prezidentə Soçidə və Moskva ətrafında oxşar iş kabinetləri tikilib. Mətbuat Kremlin prezidentlə bağlı yaydığı fotolarda da uyğunsuzluğa diqqət çəkir. Alternativ media Putinin xeyli narahat yaşadığına əmindir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password