“Putinin fikrini təkrarlamışam” – Paşinyandan açıqlama

 

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün feysbuk hesabından yenidən canlı yayıma çıxıb.

Paşinyan Şuşa şəhəri ilə bağlı “əhalisinin 90%-i azərbaycanlı olan Şuşa erməni şəhəri sayıla bilərmi?” açıqlamasına izah verib.

O, sözlərinin yanlış anlaşıldığını deyib:

“Mən Şuşa barədə danışarkən Vladimir Putinin təklifinə toxunmuşdum. Amma həmin variant şəhərin 90%-dən çox əhalisinin azərbaycanlı olmasını nəzərdə tuturdu. Odur ki, “Şuşa bu statusda erməni şəhəri sayılırmı?” sualını cavab vermişəm”.

Paşinyan Putinin təklifinin qəbul olunacağı təqdirdə, Şuşa əhalisinin 1992-ci ildəki demoqrafik tərkibinin əsas götürüləcəyini xatırladıb.

“Mən bu təklifə reaksiya verdim. Əhalisinin 96%-dən çoxu azərbaycanlı olacaq şəhər necə erməni nəzarəti altında sayıla bilərdi?”, – deyə Paşinyan qeyd edib.

Baş nazirin fikrincə, Qarabağın yekun statsununu həll olunmadığı halda bu sayda azərbaycanlı məcburi köçkünün Şuşaya dönüşü qəbuledilməz idi./modern.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password