Paşinyana Şuşa barədə sual verən jurnalist hücuma məruz qaldı
Bu gün Ermənistanın “Yerkir.am” saytının müxbiri Liana Sarkisyan əlində Şuşa ilə bağlı şüar yazılmış plakatla hökumət binasının qarşısına gəlib.
Jurnalist baş nazir Nikol Paşinyandan dünən ona ünvanladığı suala cavab gözlədiyini bildirib.
Həmin vaxt Paşinyanın tərəfdarları hökumət binasının yanında olublar. Onlardan biri plakatı jurnalistin əlindən alaraq cırıb.
Xatırladaq ki, dünən erməni jurnalist Yerablur hərbi panteonunda Nikol Paşinyana Şuşanın Azərbaycana aid olmasına dair sual verib. Baş nazir “şəxsən mənə kağız üzərində bu sitatı gətirərsən və canlı şəkildə cavab verəcəyəm”,- deyə jurnalistə bildirib.
Bu gün jurnalist Liana Sarkisyan hökumət binasının qarşısına gələrək Paşinyandan cavab almağa çalışıb. Lakin o, baş nazirin tərəfdarlarının hücumuna məruz qalıb. (azvizion.az)