Qarabağda ədalət qalib gəldi, təbrik edirəm! – Erməni tarixçi

 

İkinci Qarabağ müharibəsinin bitməsi erməni xalqı üçün böyük imkanlar yaratdı. Artıq onlar tamamilə başqa bir həyata başlaya bilər. Çünki bundan sonra erməni xalqı başqasının ərazilərini artıq yük kimi çiyinlərində daşımağa məcbur olmayacaqlar.

Bu sözləri erməni əsilli Ukrayna tarixçisi və tədqiqatçısı Filipp Ekozyans bildirib. Onun sözlərinə görə, bu müharibədə Azərbaycan əsgəri vətənini müdafiə edirdi:

“Erməni hərbçiləri və könüllüləri düşünürdülər ki, onlar da vətənlərini qoruyurlar. Onlar bu fikirlə öldülər. Sadə insanlar üçün həqiqətin harada olduğunu və yalanların harada gizləndiyini anlamaq çox çətin olur. Bu, uzun bir prosesdir və Qarabağ müharibəsində həlak olmuş ermənilər təəssüf ki, artıq heç vaxt həqiqəti bilməyəcəklər. Onlar artıq bu prosesə qatıla da bilməyəcəklər. Mən demək istəyirəm ki, erməni tarixi indi bizim bildiyimiz kimi deyil. Həqiqət kənarda qalıb. Heç bir Ermənistan dövləti, heç bir “Böyük Ermənistan” olmayıb. Erməni əsgərləri yad ərazilərdə həlak oldular. Ancaq bütün bu adamların günahı yox idi. Onlar böyük bir yalanın qurbanı oldular. Günahkarlar bu yalanı illərdir erməni xalqının başına və qəlbinə yeridən bizim “tarixçilər” və “siyasətçilərdir”, – deyə o qeyd etdi.

Ekozyans çıxışı zamanı Azərbaycan xalqını qələbə və ərazi bütövlüyünün bərpası münasibəti ilə təbrik edi: “Mən erməni xalqını da təbrik edirəm ki, onların tamamilə başqa həyatı başlayır. Tarixin başqa bir dövrü. Ümüd edirəm ki, ermənilərin əksəriyyəti hələ sağlığında öz həqiqi tarixini öyrənə biləcək”, – deyə tədqiqatçı vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password