“Bu oğrular qaçaqaçda kondisioneri də söküb aparıblar” – İlham Əliyev
“Keçmiş raykomun binasıdır. Mənfur düşmən özü üçün burada “meriya” adlı bir qurum “yaratmışdı”. Bu, Şuşa şəhərinin xunta başçısının qəbul otağı olub. Bu da qondarma, keçmiş, batmış, gorbagor olmuş “Dağlıq Qarabağ respublikası”nın “Şuşi” şəhərinin “icra başçısı”nın otağı idi. “Şuşi” yox, Şuşa! Unutmasınlar, dəmir yumruq yerindədir!”
Bunu Şuşa rayon İcra hakimiyyətinin inzibati binasına baxış keçirərkən Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
Ermənilərin Şuşanı tərk edərkən inzibati binalarda talançılığına toxunan ölkə başçısı bunları söyləyib:
“Kondisioneri söküb aparıblar. Şuşadan qaçanda, o qaçaqaçda vaxt tapıb kondisioneri də aparıblar o oğrular”.