“Tramp Putinin köməkçisidir” – Nensi Pelosi
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident Donald Trampın hərəkətlərini Rusiya prezidenti Vladimir Putin üçün “hədiyyə” adlandırıb.
Bu barədə RİA “Novosti” xəbər verir.
“Bu prezident (Donald Tramp – Red) Putinin alətidir. Putinin məqsədi dünyada demokratiyanın rolunu, nüfuzunu azaltmaq idi. O bununla məşğul idi. Və bu istiqamətdə uzun müddət köməkçisi Donald Tramp olub. Prezident dünən Putinə hədiyyələrin ən böyüyünü verdi”-deyə, Pelosi keçirdiyi mətbuat konfransında deyib.
Pelosi həmçinin prezident Donald Trampın hakimiyyətdən kənarlaşdırılması üçün ABŞ Konstitusiyasına 25-ci düzəlişin müddəalarından istifadə edilməsinin lehinə olduğunu bildirib.
Bundan əvvəl Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer eyni bəyanatla çıxış edərək vitse-prezident Mayk Pensə çağırış etmişdi.