“Rusiya çökəcək” – Sorosun 2021-ci il üçün ŞOK PROQNOZLARI


ABŞ-dakı gərgin seçki marafonu sona yetdi.Yanvarın 20-də yeni prezident Co Bayden vəzifəsinin icrasına başlayacaq. Dünya düzəninə Bayden hansı dəyişiklilər gətirəcəyi yaxın vaxtlarda bəlli olacaq. Lakin dünya siyasətinə ABŞ prezidentindən heç də az təsir imkanı olan Corc Soros isə 2021-ci il üçün hədəflərini elan edib. Qeyd edək ki, 90 yaşlı maliyyə maqnatı həm də qlobal siyasətlə bağlı proqnozları və mülahizələrlə məşhurdur.

Bu barədə Sorosa yaxın mənbələr məlumat yayıb.

Məlumatda deyilir ki, Rusların 2021-ci ildə bağ evlərində kabab bişirməsi mümkün olmayacaq. Çünki, iqtisadi böhran Rusiyanı çökdürəcək.

Soros, koronavirus epidemiyası ilə əlaqədar daha da şiddətlənən nəhəng bir qlobal böhran proqnozlaşdırır. O, inanır ki, bu bəşəriyyətin İkinci Dünya müharibəsindən bəri rastlaşacağı ən dərin böhran olacaq.

ABŞ-da demokratiyanın ölmədiyini və mövcudluğu üçün onun davamlı şəkildə mübarizə apardığını da qeyd edir. Ancaq Soros Avropadan narahatdır. Çünki onun fikrincə AB-nin birliyi Polşa və Macarıstan tərəfindən 2021-ci ildə böyük ölçüdə pozulacaq.

Soros, Ukrayna və Dnestryanıdakı siyasi qarşıdurmaların daha da pisləşəcəyinə inanır. Onun nəzərincə Rusiyanı zəiflətməyə çalışan Türkiyədə vəziyyət çətin olacaq. Çox güman ki, ölkə tezliklə NATO qaydaları ilə oynamağa məcbur olacaq, Ukrayna və Moldova münaqişələrində iştirak edəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password