Azərbaycanda nəqliyyat xidmətləri yanacaq qiyməti siyasətindən asılı deyil – Ekspert
Azərbaycanda yanacaq qiymətlərinin artması nəqliyyatla bağlı xidmətlərə heç bir təsir göstərməyəcək.
Bunu avtoekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, cəmiyyətdə yanacağın bahalaşacağı təqdirdə hər şeyin bahalaşacağı barədə mübahisəli fikirlər yaranıb: “Bu cür açıqlamalar əsassızdır və təxribat xarakteri daşıyır. Yanacaqla yanaşı, digər məhsulların və xidmətlərin bahalaşması absurddur”.
Eyni zamanda, ekspert bildirib ki, sahibkarlar tərəfindən qiymətlərin süni şəkildə artırılması Azərbaycan qanunvericiliyinə ziddir:
“Yanacaq qiymətlərinin artması taksi xidmətinə və ümumilikdə nəqliyyat xidmətlərinə təsir göstərməməlidir, bu cür cəhdlərin qarşısı isə İqtisadiyyat Nazirliyi tərəfindən alınmalıdır”.