Qarabağ münaqişəsi anlayışı yoxdur – Bəs yeni situasiyaya nə ad verək?

Şanlı qələbəmizdən sonra cənab prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi deyə bir anlayış yoxdur. 30 illik həsrətdən sonra artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarix oldu. Lakin uzun illər hər kəsin dilində “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” ifadəsi oturuşub.

Bəs bundan sonra “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” anlayışı arxaik ifadə hesab edilə bilər?

Bu barədə danışan tanınmış telejurnalist, professor Qulu Məhərrəmlinin sözlərinə görə prezidentin dediyi həqiqətdir. Əvvələr bu münaqişəni dünya ictimaiyyətinə və siyasi arenaya çatdırmaq üçün işlətdiyimiz “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq terminə çevrilib:

“Ondan istifadə edirdilər. Lakin hazırda Azərbaycan həmin problemi əhatə edən o ifadənin anlatdığı problemi həll edərək, ərazi bütövlüyümüzü bərpa edib. Artıq Azərbaycan əraziləri Ermənistan qoşunlarının işğalı altında deyil”.

Q.Məhərrəmli qeyd edib ki, bununa görə də hazırda Qarabağda yeni situasiya yaranır:

“Bu Rusiya sülhməramlıların Qarabağa gəlməsi, erməni seperatçılarının davranışlarıdır. Bunlarında yeni bir siyasi adı olmalıdır. Baş verən bu proseslər siyasi mahiyyəti ifadə etmək üçün anlayışları ortaya çıxartmalıdır”.

Proffesorun fikrincə, indiki durumun adı Qarabağ məsələsi də ola bilər. Lakin çox arzulanandır ki, həmin ad Azərbaycan siyasi düşüncəsini ifadə etsin:

“Yəni həmin adı ictimaiyyətə Azərbaycan çatdırsın. Bunu nə ruslara, nə də ermənilərə imkan tanımaq olmaz. Bu problemin adı seperatizm hərəkatıdır. Həmin problem Azərbaycanın ərazi iddiası məsələsidir. Bu problemin adı dövlətə qarşı üsyan və qiyamçılıqdır. İndi hələlik orada elə proseslər gedir ki, düşünürəm bu dəqiqə onu vahid bir anlayış kimi ifadə etmək mümükün deyil. Hansı ifadəni işlətsək yanlış olacaq. Təbii ki, indi sülhməramlıların misiyasının reallaşdırılmasına nəzarət edən monitorinq mərkəzi fəaliyyətə başlayanda orada Türkiyə və Rusiya hərbiçiləri olacaq. Onda artıq siyasi situasiyanın mənzərəsi görünəcək. Həmin zaman məncə bunu politoloji dillə ifadə etmək daha dəqiq olar”. /modern.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password