“Ermənistanın siyasi gündəmini İlham Əliyevin çıxışları müəyyən edir” – Atanesyan

 

“Obyektivlik üçün etiraf edilməlidir ki, əldə olunan nəticədən asılı olmayaraq, Prezident Əliyevin sözü artıq Ermənistanın daxili siyasi həyatında əhəmiyyətli amilə çevrilir. Əliyev İrəvanın daxili gündəminə istədiyi vaxt müdaxilə edə bilir. Tarixi baxımdan Qarabağ eposunun növbəti turundakı qələbəsi ilə ermənilərə hər dəfə yeni bir fakt təqdim edir və erməni cəmiyyətini istədiyi istiqamətə yönləndirməyi bacarır. Bunu inkar etməyin heç bir mənası yoxdur. Yalnız düzgün nəticələr çıxarmaq lazımdır“.

 Bu fikirlər Ermənistanın “Aysor.am” nəşrinin bugünkü səhifəsində yer alıb. Yazının müəllifi Boqdan Atanesyan deyir ki, 44 günlük müharibə dövründə və ondan bir müddət sonra da Əliyevin çıxışlarındakı əsas hədəf baş nazir Nikol Paşinyan idi. Məhz həmin dövrlərdə erməni xalqı bütünlüklə Paşinyanı hədəfə aldı. Bir neçə gün bundan qabaq MDB dövlət başçılarının videoformatda keçirilən iclasında Azərbaycan Prezidenti ilk dəfə olaraq Paşinyan haqqında pis heç nə demədi. Onun budəfəki hədəfi Ermənistanın 2-ci və 3-cü prezidentləri Robert Köçəryan və Serj Sarkisyan oldu. Əliyev dedi ki, “Biz (Azərbaycan) son 2,5 ildə yox, 20 ildə qurulan Ermənistan ordusuna qalib gəldik”. Azərbaycan Prezidentinin bu bəyanatından sonra Ermənistan cəmiyyətində tərəddüdlər başladı. Sual dolu baxışlar bu dəfə Paşinyana yox, Köçəryana və Sarkisyana dikildi”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password