Paşinyan yolda qaldı, etirazçılar baş nazirin qarşısını kəsdi
Sünik sakinləri Ermənistanın baş naziri Nikol Paşinyanı bölgəyə buraxmayıb.
Onlar baş nazirin avtomobil kortecinin qarşısını kəsib.
Sübh saatlarında Gorus şəhərinin girişinə toplaşan sakinlər Paşinyanın bölgəyə girməsinə icazə vermək istəmirlər.
Ermənistan mediasının verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yerli sakinlər arasında toqquşma olub.
Bundan əvvəl Gorus bələdiyyə sədri Aruş Aruşanyan sakinləri baş nazir Nikol Paşinyanın Sünik bölgəsinə girişinin qarşısını almağa çağırmışdı: “Bu, siyasi oriyentasiya məsələsi və heç bir tərəfin təşəbbüsü deyil, bu Sünnik xalqının ləyaqət, təhlükəsizlik və fiziki varlıq uğrunda apardığı mübarizə, ümumerməni itaətsizliyinin təzahürüdür”.
Məlumata görə, bələdiyyə sədri hüquq-mühafizə orqanları tərəfindən bu açıqlamasına görə saxlanılıb.