“Vəziyyət müsbətə doğru dəyişməyib…” – Müraciətlərə baxılması sahəsində

 

“Hüquq və İnkişaf” İctimai Birliyi “LD Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə Qara Dəniz Regional Əməkdaşlıq Təşkilatının (German Marşall Fondunun layihəsi) dəstəyi ilə həyata keçirdiyi “Vətəndaşların müraciətlərinə baxılması sahəsində şəffaflığın və hesabatlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində dövlət qurumlarında vətəndaşların müraciətlərinə baxılması üzrə bu ilin aprel – noyabr aylarında monitorinqlər aparıb.

Təşkilatdan verilən məlumata görə, monitorinqlərin məqsdəi vətəndaşların müraciətləri sahəsində mövcud vəziyyətin dəyərləndirilməsi və bu sahədə hüquqi mühitin və təcrübənin təkmilləşdirilməsinə dəstək vermək olub.

Monitoriqlər üzrə vətəndaşların müraciətlərinə baxılması sahəsində mövcud vəziyyət üzrə məlumatların təhlil edilməsi və dəyərləndirilməsi əsasında “Vətəndaşların müraciətlərinə dair Monitorinq Hesabatı” (Monitorinq Hesabatı) hazırlanıb. Monitorinq Hesabatı “Vətəndaşların yazılı və şifahi müraciətlərinə baxılması”, “Vətəndaşların qəbulları”, “Çağrı Mərkəzləri/Qaynar Xətlərin fəaliyyəti” bölmələri üzrə məsələləri əhatə edir.

Monitorinqlər göstərib ki, vətəndaşların müraciətləri sahəsində müəyyən müsbət tendensiyalar olsa da, ümumilikdə vəziyyət müsbət istiqamətdə dəyişməyib. İstər vətəndaşların ərizə və şikayətlərinə baxılması, istər vətəndaşların qəbulları, istərsə də, Çağrı Mərkəzləri/Qaynar Xətlərin fəaliyyəti sahəsində mübət dəyişikliklər baş verməyib.

Bununlarla yanaşı, monitorinqlərin aparıldığı dövrdə koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejiminin də vətəndaşların müraciətlərinə baxılması prosesinə mənfi təsirləri olub.

Qeyd edək ki, bu dövrdə Nazirlər Kabinetinin “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə xüsus rejimdə iş normalarına dair” 17 mart 2020-ci il tarixli Təlimatı ilə vətəndaşların qrup və fərdi surətdə qəbulları, yerlərdə səyyar qəbulların keçirilməsi təxirə salınıb müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilib. Maraqlıdır ki, bu Təlimata müvafiq olaraq vətəndaşların nə ərizə və şikayətləri, nə də özləri dövlət qurumları tərəfindən birbaşa qəbul edilmədiyi halda, vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi üzrə vətəndaşların ərizələri və özləri dövlət qulluqçuları tərəfindən birbaşa qəbul edilib.

Xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət məmurları tərəfindən vəətndaşların müraciətləri ilə bağlı sui-istifadə hallarına da yol verilib, vətəndaşların onlayın qəbulları və videoqəbulları bir sıra kiçik istisnalarla keçirilməyib.

Bunlardan əlavə, 2020-2022-ci illər üzrə Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planında vətəndaşların müraciətləri ilə bağlı birbaşa və dolayısı ilə 7 fəaliyyət nəzərdə tutulub. Lakin “Asan müraciət” İnformasiya sisteminin yaradılması üzrə fəaliyyət istisna olmaqla digər fəaliyyətlər üzrəkonkret tədbirlər həyata keçirilməyib.

Monitorinq Hesabatdına qeyd edilən bölmələr üzrə dəyərləndirmələrlə yanaşı vətəndaşların müraciətləri sahəsində mövcud qanunvericiliyin və təcrübənin təkmilləşdirilməsinə dair Tövsiyələr də yer alıb.

Monitorinq Hesabatının vətəndaş cəmiyyəti təşkilatları və müvafiq dövlət qurumları arasında yayılacaq və hesab edirik ki, bu Hesabat müraciətlərin baxılması proseslərinə ictimai nəzarət xarakteri daşımaqla bu sahədə mövcud problemlərin aradan qaldırılmasına, araşdırma proseslərində şəffaflığın və hesabatlılığın təmin olunmasına öz töhfəsini verəcək. Monitorinq Hesabatı ilə “Hüquq və İmkişaf” İctimai Birliyinin intenet səhifəsində (law.org az) internet səhifəsində geniş tanış olmaq olar”/azpolitika.info/

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password