Putindən Qarabağ açıqlaması
Rusiya uzun illər Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana geri qaytarılmalı olduğu fikrindən çıxış etdi. Bundan əlavə, bölgədə status-kvo müəyyənləşdirilməlidir.
Bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
Onun sözlərinə görə, münaqişə məsələsində əsas qan tökülməsini dayandırmaqdır: “Tərəflər üçtərəfli müqavilənin imzalanması ilə sahib olduqları mövqelərə diqqət yetirməlidirlər. Həqiqi vəziyyət daha mürəkkəbdir, insanlar hər hansı səbəbdən əllərinə silah götürürlər. Ermənistan belə Qarabağın müstəqilliyini tanımadı, beynəlxalq hüquq baxımından bunlar Azərbaycan əraziləridir”.
Putin bildirib ki, münaqişənin xarici müdaxilə səbəbindən alovlandığına şübhə edir: “Vəziyyət nəzarətdən çıxdı, bu gərginlik uzun illər davam etdi. Xırda pozuntular böyüyüb münaqişəyə çevrildi və nəticədə hərbi əməliyyatlar başladı”.
Rusiya lideri hesab edir ki, bölgədə atəşkəsin pozulması təcrid olunmuş haldır.
Putin hesab edir ki, Qarabağla bağlı beynəlxalq vasitəçilər sözdən işə keçməli və yerli əhaliyə kömək etməli, işləri yalnız Rusiyaya buraxmamalıdır.
Vladimir Putin sülhməramlıların fəaliyətinə də münasibət bildirərkən qeyd edib ki,”Qarabağda sülhməramlıların sayının artması mümkündür, amma bütün tərəflərlə razılaşdırılmaqla bu həyata keçirilə bilər.”
“Barışıq əldə edildikdən sonra növbəti mərhələ bölgədə sülhün bərqərar olması, iqtisadi potensialın açıqlanması olmalıdır”, – Putin qeyd edib.