“Rusiya Qarabağa bizim və ya erməninin deyil, öz maraqlarını qorumağa gəlib”

Məlum olduğu kimi, Ermənistanla sülh barədə əldə olunan razılaşmaya baxmayaraq, düşmən təxribatçıları tərəfindən terror halları hələ də davam edir. Və bütün bunlar Rusiya sülhməramlılarının tam nəzarəti altında olan ərazilərdə baş verir. Nədənsə sülhməramlıların proseslərə laqeydliyi müşahidə edilir ki, bu da onların missiyasını kölgə altına alır. Bəs əslində hadisələr nəyi diqtə edir?

“Rusiya Qarabağa bizim və ya erməninin deyil, öz maraqlarını qorumağa gəlib” – İqbal Ağazadə

Məsələ ilə bağlı fikirlərini bölüşən Ümid Partiyasının sədri İqbal Ağazadənin fikrincə, Rusiya Qarabağa bizim və ya erməninin deyil, öz maraqlarını qorumağa gəlib: “Maraqları çərçivəsində də çalışacaq ki, Azərbaycanla Ermənistan arasında mütəmadi olaraq sülhdən daha çox qarşıdurma olsun. Özünün daha çox orda olduğunu zaman-zaman hər iki tərəfə xatırlatsın və əhəmiyyətliliyini sübut etsin. Əgər hər iki tərəf özü dil taparsa, heç bir qarşıdurma olmazsa, danışıqlar apararsa, Rusiyanın orada nə əhəmiyyəti var? Ona görə də Rusiya zaman-zaman emosiyaların gərginləşməsi, tərəflərin bir-birinə qarşı düşmənçilik mövqeyinin qızışması istiqamətində addımların atılmasına rəvac verəcək.

Bu nöqteyi-nəzərdən Türkiyə sülhməramlılarının həmin ərazilərdə olması vacibdir. Və Türkiyənin özünün yanaşması, həmçinin Azərbaycanın bu məsələdə israrı çox şeyi həll edəcək. Biz çalışırıq ki, Türkiyə sülhməramlıları da həmin ərazilərdə olsun”./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password