“Şəhər Birinci Dünya Müharibəsinin xarabalıqlarını xatırladır” –“” The New York Times” Füzulidən yazdı

ABŞ-da nəşr olunan “The New York Times” qəzeti Dağlıq Qarabağ müharibəsinin səbəb olduğu travma və dağıntılardan bəhs edən məqalə dərc edib.

Qəzet Azərbaycan Silahlı Qüvvələrinin bu ilin oktyabrında Ermənistan işğalından azad etdiyi Füzuli rayonu ərazisinin Birinci Dünya Müharibəsinin döyüş zonasını xatırlatdığını qeyd edir. Yol boyunca səngərlər və bunkerlər gözə dəyir, kəndlər xarabalığa çevrilib, malikanələrin yerində ağ daşlar qalıb, daşına bilən hər bir şey – dam örtükləri, qapılar, pəncərə çərçivələri çıxarılıb aparılıb. Yol boyunca Ermənistan dağıdılmış tanklarına və digər zirehli texnikasına da rast gəlinir.

Məqalədə deyilir ki, vaxtilə 30 min nəfərin yaşadığı Füzuli şəhəri indi meşəyə çevrilib. Daha yuxarıda yerləşən Ağdam şəhəri də viranə qalıb. “Onları bağışlamaq mənim üçün çox çətin olacaq”, – 47 yaşlı ordu veteranı Elməddin Səfərov Ağdamın dağıntılarına baxaraq deyib. Burada o, 17 qohumunu itirib.

Qəzetin əməkdaşı Qarabağda ermənilərin nəzarətində qalan ərazilərə də baş çəkib. Bəziləri 60 yaşlarında olan könüllü erməni əsgərləri sükut və kədər içində komandirə qulaq asırlar. 63 yaşlı istefada olan polkovnik Artur Aleksanyan onlara evə dönmək zamanı gəldiyini deyir.

1990-cı illər müharibəsində yaralanmış Aleksanyan deyib ki, səhvləri təhlil edəndən sonra qayıdacaqlar. “Bütün dünya erməniləri arxamızdadır”, – o vurğulayıb.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı 61 yaşlı Vaqif Həsənov erməni qüvvələrin şəhəri dağıtması haqda deyir ki, “onlar türkləri və müsəlmanları yaralamaq istəyirdilər”. Ermənilərin şəhərə qayıtmasına təsəvvürünə gətirə bilirmi sualına isə kəsə “yox” cavabını verib.

Məqalədə qeyd olunur ki, Azərbaycan rəsmiləri ölkə ərazisində yaşayan ermənilərə barışıq və bərbər status təklif etsələr də, bunun gerçəkləşəcəyinə çox az adam inanır. Qəzet yazır ki, ermənilərin çoxu Dağlıq Qarabağın müstəqil ölkə kimi tanınması uğrunda mübarizəni davam etdirəcəyini deyir. Baxmayaraq ki, beynəlxalq ictimaiyyət bu regionu Azərbaycanın tərkib hissəsi sayır. (azadliq.org)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password