Ərdoğan və Ruhani Qarabağı müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Həsən Ruhani arasında telefon danışığı keçirilib.

Bu barədə Türkiyənin Prezident Administrasiyası bildirib.

Danışıqlar zamanı prezidentlər Dağlıq Qarabağ məsələsini müzakirə edib. R.T.Ərdoğan bildirib ki, Dağlı Qarabağ münaqişəsi yeni mərhələyə qədəm qoyub və əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhdid yarada biləcək bütün addımlardan qaçmaq lazımdır

Türkiyə prezidenti vurğulayıb ki, Dağlı Qarabağda sülh və sabitlik yeni imkanlar açacaq, region ölkələrinə, o cümlədən Ermənistana fayda verəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password