Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunub.
R.Zeynalov təqaüdə göndərilib.
Qeyd edək ki, R. Zeynalov 1951-ci ildə anadan olub və hazırda 68 yaşı var. 1994-cü ilin avqust ayından – 25 ildir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi idi.