Əgər ermənilər Kəlbəcərdən çıxmasaydı, Azərbaycan yazda… – Rus ekspert

Rusiya və Türkiyə xüsusilə Suriyada ortaq sülhməramlı fəaliyyət təcrübəsinə malikdir. Moskva və Ankaranın bu təcrübəsi ərazilər üzərində nəzarət və təhlükəsizliyin yaradılmasında çox effektiv istifadə ediləcək.

Bu sözləri açıqlamasında tanınmış rusiyalı politoloq, hərbi ekspert Oleq Kuznetsov deyib.

Əgər ermənilər Kəlbəcərdən çıxmasaydı, Azərbaycan yazda... - Rus ekspert ŞOK DETALLARI AÇDI

Onun sözlərinə görə, İdlib bölgəsi landşaft və iqlim baxımından Qarabağa bənzəyir, buna görə də qarşılıqlı fəaliyyətin təşkili ilə bağlı heç bir problem olmayacaq.

Ekspert bildirib ki, Rusiya hərbçilərinin meydana çıxması Kəlbəcərdə sonuna qədər “döyüşməyə” hazır olduqlarını bəyan edən erməni radikallarının “alovlarını” söndürdü:

“Rusiya bu cür təxribat və üsyançı, partizan hərəkatlarla mübarizə sahəsində əla təcrübəyə malikdir. Vaxtilə beynəlxalq islamçılar tərəfindən dağlıq Çeçenistanda “Qafqaz Camaatı” yaratmaq cəhdi oldu və hətta elan edilmişdi. Bu baş verdikdə heç kim ərazini təmizləmək üçün qoşun göndərmədi. Sadəcə əsas bölgələr zəbt edildi, üsyançıların hamısı dağlara qovuldu və qışı orada keçirməyə məcbur edildi. Baharda isə zəiflədilər və xüsusi təyinatlı qüvvələr tərəfindən məhv edildilər.

Təxminən eyni ssenari Kəlbəcərdə də ola bilərdi. Erməni ultra millətçiləri ərazini tərk etməsəydi, tamamilə eyni aqibətlə üzləşəcəkdi. Onlar “qəhrəman” kimi ölməyəcəkdi, dağların zirvəsində donan cəsədləri yazda Azərbaycan xüsusi təyinatlı dəstələri tərəfindən götürüləcəkdi.

Sülhməramlıların münaqişə zonasına gətirilməsi Ermənistan tərəfinin hərbi-siyasi təxribatlarını tamamilə ümidsiz və qeyri-mümkün edir. Və bu mənada, Azərbaycan yeni azad edilmiş və ya dövlət yurisdiksiyasına qaytarılan ərazilər üzərində dövlət suverenliyinin qurulması məsələsində çox böyük yardım alır”./axar.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password