Qırmızı Xaç Komitəsi Dağlıq Qarabağdakı tərkibini artırır

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer BQXK-nın Dağlıq Qarabağdakı kontingentində dörd dəfə artım olacağını açıqlayıb.

Bu barədə o, RBC-ya müsahibəsində deyib.

“Anladıq ki, münaqişənin həcminə görə daha çox iş görməyimiz lazımdır. Müharibədən əvvəl bölgədəki missiyamızın büdcəsi 10 milyon İsveçrə frankı (18,8 milyon manat) idisə, gələn il bu məbləğ 45 milyon İsveçrə frankı (83,8 milyon manat) olacaq. Yəni, biz oradakı sayımızı dörd dəfə artıracağıq. Orada çox az adam var idi. İndi bölgəyə əlavə 400-500 nəfər göndərməyi planlaşdırırıq. Son günlərdə oradakı varlığımızı artırmışıq”, – deyə Mauer qeyd edib.

BQXK prezidenti əlavə edib ki, Qırmızı Xaçın İrəvan, Bakı şəhərində ofisləri var və komitə nümayəndələri daha bir-iki ofis açmağı planlaşdırır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password