“Putinin mövqeyi Ermənistan siyasi elitasını çökdürəcək” – Politoloq

Rusiya Prezidenti Vladimir Putin vəziyyəti çox ətraflı şəkildə analitik formada şərh etdi və məsələyə tam aydınlıq gətirdi. Həm Qarabağ məsələsində Azərbayanın rolunu, Ermənistanın məğlubiyyətlə qarşılaşdığı indiki vəziyyəti və eyni zamanda Rusiya-Azərbaycan, Türkiyə-Azərbaycan münasibətlərinə reallığı əks etdirən qiymət verdi.

Bu fikirləri politoloq Fikrət Sadıqov Rusiya Prezidenti Vladimir Putinin son açıqlamaları və bunun Ermənistana təsirlərini şərh edərkən deyib

Politoloq qeyd edib ki, Ermənistan məğlubiyyətlə qarşılaşıb və hazırda çabalayır: “Ermənistan bundan sonra hər hansı bir iradə və güc nümayiş etdirmək qabiliyyətində deyil. Putin açıq göstərdi ki, Ermənistan başqa ölkənin torpaqlarını işğal edib, Azərbaycan isə öz torpaqlarını azad etdi. Ermənistanın özünün Dağlıq Qarabağın “müstəqilliyi”ni heç vaxt tanımadığına vurğu edən Putin açıq qeyd etdi ki, ölkəsi bu məsələdə Ermənistana köməklik edə bilməzdi. Bunlar əhəmiyyətli və Azərbaycanın maraqlarına cavab verən ifadələr idi”.

Fikrət Sadıqovun fikrincə, Putinin son bəyanatı və mövqeyi faktiki olaraq Ermənistan siyasi elitasını çökdürdü: “Onlara göstərdi ki, Azərbaycan öz qanuni torpaqları uğrunda vuruşub. Ermənistan üçün bu, dərs olmalıdır. Vaxtilə İrəvan canfəşanlıq edir, bəyanatlar verir, Dağlıq Qarabağ məsələsində dönməz mövqe tutduğunu qeyd edirdi. Amma Putin bunların əbəs olduğuna işarə vurdu.

İkincisi, Putin Ermənistan Baş naziri Nikol Paşinyana müəyyən mənada dəstək oldu. Ancaq bu o deməkdir ki, erməni cəmiyyətində parçalanma daha da dərinləşəcək. Çünki Paşinyana qarşı çıxış edən qüvvələr vahid mövqeyə sahibdir. Paşinyan da müxtəlif yol xəritəsi təklif edir, vəziyyətdən çıxış yolları axtarır. Amma bu, ona kömək etməyəcək. Fikrimcə, Paşinyanın dövrü artıq yekunlaşıb”.

Politoloq qeyd edib ki, Vladimir Putinin Türkiyənin rolunu kifayət qədər yüksək qiymətləndirməsi müsbət yanaşmadır: “Putin reallığa söykənməyi vacib saydı. Dedi ki, Türkiyə beynəlxalq hüquq normalarına uyğun hərəkət edir, Azərbaycanın müttəfiqidir və Azərbaycana dəstək verməsi öz hüququdur. Bunlar mühüm sözlərdir. Mənə elə gəlir ki, bunu başa düşmək istəməyənlər, xüsusilə Rusiya cəmiyyəti, ekspert və siyasətçilər ibundan sonra başa düşməlidir”./teleqraf.com/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password