Ermənistanın Baş Naziri erməni əsgərlərindən Putinə ŞİKAYƏT ETDİ

 

Dağlıq Qarabağda razılığa gələn və məğlubiyyəti qəbul edən Ermənistanın Baş Naziri Nikol Paşinyan bölgədən çıxmaqdan imtina edən hərbçilərlə bağlı RF Prezidenti Vladimir Putinə şikayət edib.

Bu barədə “Son Dakika” xəbər yayıb.

Məlumata görə, o, RF dövlət başçısına zəng vuraraq, “Məni dinləmirlər, itaət etmirlər”, – deyərək kömək istəyib.

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin yayımladığı üçtərəfli bəyanata əsasən, işğal altında olan rayonlarda mövqelərini boşaltmaqdan imtina edən erməni silahlı qüvvələrinin bəzi qrupları, əsasən, Kəlbəcər, Laçın və Ağdam bölgəsində meşədə gizlənirlər. Onlar Rusiya sülhməramlılarının işini çətinləşdirir, hətta onlara atəş açır və regionda gərginliyi artırırlar.

Nəşrin məlumatına görə, özlərinə “Smertnik” (“İntiharçı”) adını qoyan qruplar erməni rahiblərlə birlikdə Kəlbəcərdə kilsədə gizlənərək, müqavimət göstərirlər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password