“32 il öncə müstəqillik üçün ayağa qalxan qəhrəman azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı ərazilərini də azadlığa qovuşdurublar”.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu öz “Twitter” səhifəsində yazıb.
“1988-ci ildə Bakıda dalğalanan bayraq bu gün işğaldan azad olunan torpaqlarda dalgalanır! Milli Dirçəliş Günün mübarək, Can Azərbaycan!”, – o qeyd edib.