Şuşa yenidən mədəniyyət mərkəzi olacaq – Şamil Ayrım

Şuşa yenidən mədəniyyət mərkəzi olacaq.

Bunu açıqlamasında Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

O qeyd edib ki ,Şuşanın azad edilməsi çox önəmli hadisədir:

“Şuşa hər bir azərbaycanlı üçün olduğu kimi hamımız üçün də çox önəmlidir. Prezident İlham Əliyevin “Mən Atamın vəsiyyətini yerinə yetirdim” deməsi məni çox kövrəltdi, çünki mənim ana babam da əslən Şuşadandır” – deyə o bildirib.

Ş.Ayrım qeyd edib ki, Şuşa, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi yenidən qurulacaq, bu qədim mədəniyyət abidəsinin dağıdılan tarixi irsi yenidən bərpa olunacaq:

“Şuşanın azad edilməsi bizim hamımız üçün bayramdır. Qəlbi Azərbaycanla döyünən hər kəsi Şuşanın azad olunması münasibətilə təbrik edirəm”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password