Məşhur generalımız üçün bu gün ikiqat bayram oldu

Şuşanın 28,5 ildən sonra azad olunduğu və Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bugünkü Şanlı Qələbə günü – 8 noyabr həm də general-leytenant Əli Nağıyevin doğum günüdür.

Bu gün DTX sədri Əli Nağıyevin 62 yaşı tamam olur.

Qarabağ uğrunda gedən Vətən müharibəsində Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi rol oynadığı kimsəyə sirr deyil. Düşmən kəşfiyyatının bu günlər ərzində zərərsizləşdirilməsi DTX-nın və onun peşəkar rəhbərinin bilavasitə xidmətlərinin nəticəsidir. Təsadüfü deyil ki, Prezident, Ali Baş Komandan da bir müddət öncə Azərbaycan xüsusi xidmət orqanlarının yüksək səviyyədə çalışdığını təqdir etmişdi.

Əli Nağı oğlu Nağıyev 8 noyabr 1958-ci ildə Babək rayonunda anadan olub. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib. O, 2000–2004-cü illərdə MTN-nin Əks-kəşfiyyat idarəsinin rəis müavini, 2004–2005-ci illərdə MTN-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi, 2005–2011-ci illərdə milli təhlükəsizlik nazirinin müavini, 2011–2019-cu illərdə isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəis müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin olunub.

General-leytenant Əli Nağıyev “Hərbi xidmətlərə görə” medalı, “Azərbaycan Bayrağı ordeni”, “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı, “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və s. orden və medallarla təltif olunu

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password