Ermənilər Gürcüstandan Azərbaycana uçan təyyarələri vurmağı düşünür – Demoyandan ÇAĞIRIŞ
Ermənistan siyasətçiləri, politoloqları, eləcə də ekspertlər Dağlıq Qarabağdakı məğlubiyyəti dərk etməməklə reallıqdan uzaq durmuş kimi görünürlər və buna görə də hökumətlərinə müraciət edərək, Gürcüstandan Azərbaycana uçan təyyarələri orta mənzilli raketlərlə vurmağı məsləhət görürlər.
Bu barədə smi6.ru yazı ilə çıxış edib.
Portal bildirir ki, erməni facebook ictimaiyyəti tərəfindən dəstəklənən bu fikir “Soyqırım” İnstitutunun keçmiş direktoru, tarix elmləri doktoru Ayk Demoyan tərəfindən irəli sürülüb.
“Əgər biz Gəncənin (müharibənin başlanğıcından bu yana üç terror hücumuna məruz qalan Azərbaycanın ikinci böyük şəhəri-red.) hərbi mövqelərinə işarə etsək, qanuni hədəf olaraq bəyan etməliyik ki, Azərbaycana Gürcüstandan gələn hava yüklərinin təhlükəsizliyinə zəmanət vermirik. Digər tərəfdən bu aviadaşımaları Gürcüstanın düşmənə dəstəyi kimi qiymətləndirməliyik”, – deyə Demoyan özünün facebook səhifəsində yazıb.
Demoyanın açıqlaması bir daha onu göstərir ki, bu, iki qonşu dövlətə qarşı terror hücumları çağırışıdır.
Göründüyü kimi, erməni həyasızlığı, terrorizmi burada da özünü açıq şəkildə büruzə verir. Tarixçi insanpərvərlik və tolerantlıq ideyaları yaymaq əvəzinə utanmadan Ermənitan hökumətinə cinayət xarakterli çağırışlar edir.
Əslində Demoyanın açıqlaması bir daha sübut edir ki, erməni millətçiləri üçün insan həyatı dəyərsizdir. Onlar öz faşist ideyaları naminə ən dəhşətli əməllərə əl ataraq insanları öldürməyə belə hazırdırlar./konkret.az/