“Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” – Separatçıların lideri
Azərbaycan Ordusunun bir aydan çoxdur başlatdığı əks-hücum əməliyyatları düşməni ağ bayraq qaldırmağa məcbur edir.
Artıq Dağlıq Qarabağdakı separatçıların lideri Araik Aratunyan əvvəlki ritorikasından əl çəkərək məğlub olduqlarını etiraf etməyə başlayıb.
Separatçıbaşı bu gün videomüraciətində Azərbaycan Ordusunun Şuşanın 5 kilometrliyində olduğunu açıqlayıb.
A. Arutyunyan deyib: “Onlar təkcə cəbhə boyu hədələmirlər, həm də Şuşa istiqamətində ciddi hərbi səylər göstərir, nəyin bahasına olursa – olsun bu şəhərə yiyələnmək istəyirlər”.
Qarabağ separatçılarının lideri bütün erməniləri birləşməyə və Şuşanı müdafiə etməyə çağırıb.
“Azərbaycan Ordusu buradan cəmi bir neçə kilometr məsafədədir. Maksimum beş”, – deyə Araik Arutyunyan Şuşadan etdiyi müraciətində bildirib.
Qeyd edək ki, Ermənistan rəhbərliyi daha əvvəl döyüşçülərin Azərbaycanın işğal olunmuş ərazilərindən qaçmasını “taktiki geriçəkilmə” kimi əsaslandırmışdı. Lakin sonrakı proseslər, habelə baş nazir Nikol Paşinyanın etirafları düşmənin döyüş meydanından qaçdığını sübuta yetirdi.
Aktualinfo.org