“HAROP” kamikadze dronu S-300-ü belə vurdu – FOTO
Sentyabrın 27-dən başlayan erməni təxribatına qarşı əks-hücum əməliyyatı Azərbaycan Ordusunun uğurları və işğal altında olan bir sıra ərazilərimizin azad edilməsi prosesi ilə davam edir.
Azərbaycan Ordusu bu döyüşlərdə ən müasir silah və texnikalardan istifadə edir. Onlardan biri də “Harop” kamikadze dronudur. Azərbaycan ordusu tərəfindən kamikadze PUA-ları olan “Harop”lardan ilk dəfə 2016-cı ilin aprel döyüşlərində istifadə edilib.
Döyüşlər zamanı “Harop” ermənilərin artilleriya qurğularını, hava hücumundan müdafiə sistemlərini və canlı qüvvəsini məhv edib. Azərbaycan Ordusuna aid “HAROP” kamikadze dronunun Ermənistan Ordusuna məxsus S-300 Hava Hücumundan Müdafiə sistemini vurma anı ərazidə olan kameraya belə düşüb./sfera.az/