“Torpaqlarımız işğal edildikdə 35 yaşım var idi, indi 65…” – Video
“Düşüncələrim və qəlbimdə olan bu skeleti nə vaxtsa belə tezliklə dilimə gətirəcəyim, bu barədə danışacağım heç vaxt ağlıma gəlməzdi. Neçə illərdir ki, hər gecə yuxu görürəm. Bir qayanın panoraması arasında yolun açıldığını görürəm. Bu yol isə sadəcə bir nəfər üçündür. Yəni, iki nəfər görüşərsə, mütləq onlardan biri yol verməlidir. Ya geri qayıtmalıdır, ya da … Yuxum bu “ya da”ya yer saxlamırdı. Orada həm də bəzi mağaralar var idi, iki-üç mağara … Çox düşündüm ki, bu nədir, yaddaşımda nə gəzir? Şüuraltımda haradan qalıb? Bu, mənim uşaqlığımdır”.
Bu sözləri Xankəndidə anadan olmuş Xalq artisti Fəxrəddin Manafov “Nargis” jurnalının “Qarabağımız” adlı video rubrikasının qonağı olarkən deyib.
Məşhur aktyor layihədə uşaqlıq xatirələrini bölüşüb: “Uşaqlıqda Cıdır düzünün kənarında oturub bu panoramanı izlədiyimi xatırladım. Çünki bu yaxınlarda Azərbaycan Televiziyasında çoxdan unudulmuş bir filmi izlədim. Filmin adı “Şuşa” idi. Filmdə artıq bizim olacaq torpaqlara retrospektiv baxış keçirildi. Bu panoramanı orada görən zaman anladım ki, bu, mənim uşaqlıq şüuraltımdır, məni o itələyir. Sadəcə demək istəyirəm ki, bu unudulmur. Bu, bizim yaddaşımız, qanımız, tariximiz, torpaqlarımızdır. Bu, məni sarsıtdı, sarsıtdı ki, axırıncı dəfə orada 50-55 il əvvəl olmuşam. Bu torpaqlar üçüncü, bəlkə də dördüncü ölkənin köməyi ilə işğal edildikdə 35 yaşım var idi. Bu gün isə 65-dir. Təsəvvür edə bilməzsiz, müharibənin bu qədər məni sevindirəcəyini… Sevindirici haldır, tarixi torpaqlarımızı geri qaytarırıq.
Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. Mən xalqımızla, Ordumuzla, böyük liderimiz, Ali Baş Komandanımızla fəxr edirəm. Hamımız tərəfindən, bütün Azərbaycan xalqı tərəfindən sevilən heyrətamiz vitse-prezidentimiz Mehriban xanım ilə fəxr edirəm.
Cənab Prezident, siz çox böyük iş görürsünüz. Siz faktiki olaraq bizim xəyal etdiyimiz torpaqları geri qaytarırsınız. Siz tarix yazırsınız. Azərbaycan Ordusunun əsgərləri, siz çox böyük bir tarix yazırsınız. Sizinlə fəxr edirəm. Qələbə bizimdir! Çünki biz haqq yolundayıq”./qafqazinfo/