Vladimir Putin: “Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır”
Rusiya prezidenti Vladimir Putin Cənubi Qafqazda baş verən proseslərdən, o cümlədən Türkiyə ilə münasibətlərdən danışıb.
Bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“Türkiyə kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır. Digər sahələrdə olduğu kimi hərbi texniki sahədə də belədir: Türkiyə onların müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğuna qərar verdi. Dedi və aldı”, – V.Putin qeyd edib.
Rusiya prezidenti həmçinin Türkiyənin Krım məsələsinə münasibəti barədə bunları söyləyib:
“O ki qaldı Türkiyənin Krımı Rusiyanın hissəsi olaraq tanımamasına. Nə olsun, bizdə heç də hər şey üst-üstə düşmür, məsələn, Cənubi Qafqaz məsələsində. Fikir ayrılığı mövcuddur. Ancaq biz Avropa və ABŞ-ın da mövqelərini bilirik. Ərdoğanı barmaqla göstərməyə gərək yoxdur, baxın görün başqa ölkələrdə nə edirlər”.