Ərdoğan: “Amerika, Fransa, Rusiya. Bəs bunlar kimin yanında yer aldılar? Ermənistanın yanında oldular”
“Nə deyirlər? Minsk qrupu. Kimdir Minsk üçlüsü? Amerika, Fransa, Rusiya. Bəs bunlar kimin yanında yer aldılar? Ermənistanın yanında oldular”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Şırnakdakı 7-ci qurultayında çıxışı zamanı deyib.
“Ermənistana, ermənilərə hər cür silah dəstəyi verirlərmi? Verirlər. Bütün bunlar edilərkən azərbaycanlı qarşdalarımız ermənilərə qarşı mübarizə aparırlar. Bunu niyə edirlər? Çünki Azərbaycanın işğal altındakı torpaqlarını ermənilərdən azad etmək üçün bu mübarizəni aparırlar. Bundan daha təbii nə ola bilər? 30 ildir Amerika, Rusiya, Fransa bu danışıqları bitirmədilər. Rəbbim yardımçıları olsun. İnanıram ki, işğal altındakı bu torpaqları ermənilərdən alacaqlar. İnşallah, bunu uğurla götürəcəklər”, – prezident vurğulayıb.
Türkiyə prezidenti çixişında qeyd edib ki,”Bu gecə atəşkəs elan edildi, lakin Ermənistan yenidən hücuma keçdi. Bütün bu faktlar açıq şəkildə ortada olsa da, Qərb susur. Türkiyə səsini çıxaranda, “Türkiyə heç susmur” deyirlər. Durmayacağıq!”