Brayza: Beynəlxalq təşkilatlar bu hücuma reaksiya verməlidir

Heç kim sivil vətəndaşları hədəf götürə bilməz. Uşaqların öldürülməsi ciddi bir kriminal hadisədir.

Bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza AzTV-nin canlı yayımında Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Gəncə şəhərini ballistik raketlə vurması haqda danışarkən deyib.

Onun sözlərinə görə, Gəncənin vurulması beynəlxalq hüququn pozulması və müharibə cinayətidir:

“Günahsız insanlar hədəf götürülür. Beynəlxalq təşkilatlar bu hücuma reaksiya verməlidir. Biz, əlbəttə ki, onları qınamalıyıq. Düşünürəm ki, bir çox beynəlxalq təşkilat beynəlxaq hüququ dərk etmir. Başa düşmürlər ki, Azərbaycan tarixi torpaqlarını azad edir”, – o bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password